Kateqoriyasız

“Neftçi”də ciddi itki

“Neftçi” Premyer Liqanın 7-ci turu çərçivəsində qarşılaşacağı “Səbail”lə matça ciddi itki ilə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubunun kapitanı Emin Mahmudov “Qəbələ” ilə keçirilən matçda (3:0) sarı vərəqə alaraq cəzalı duruma düşüb. Bu Eminin 6 turdan sonra aldığı 4-cü sarı vərəqədi. Məhz buna görə də, yarımmüdafiəçi qarşıdakı oyunu buraxacaq.

Qeyd edək ki, “Neftçi” – “Səbail” oyunu omtyabrın 5-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43