“Neftçi”dən ayrılan Filip Ozobiç karyerasını “Turan Tovuz”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında bir müddətdir danışıqlar gedir. Onların razılaşmağa yaxın olduğu bildirilir.
Tezliklə 34 yaşlı futbolçu ilə müqavilə imzalanacağı gözlənilir.
“Neftçi”də çıxış etmiş Filip Ozobiç ölkəmizdə “Qarabağ” və “Qəbələ”nin də formasını geyinib. O, ötən mövsüm “ağ-qaralar”ın heyətində Premyer Liqa və ölkə kubokunda ümumilikdə 33 oyunda keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

