21 İyun 2026
Dünya futbolu

“Neftçi”nin sabiq futbolçusu Özbəkistan klubunda

“Neftçi”nin sabiq futbolçusu Aleks Fernandesin yeni komandası müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, 23 yaşlı braziliyalı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu “Baltika”dan icarə əsasında Özbəkistanın “Navbahor” klubuna keçib. O, dekabr ayına qədər yeni komandasında çıxış edəcək.

Qeyd edək ki, 2024/2025 mövsümündə “Neftçi”nin formasını geyinən Fernandes 16 oyunda 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43