Mövsüm sonunda “Bavariya” ilə müqaviləsi başa çatacaq Leon Qoretska Bundesliqada klubunu dəyişə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Bayer” 31 yaşlı yarımmüdafiəçini azad agent kimi heyətinə qatmaq üçün danışıqlara başlayıb.
Tərəflərin anlaşmağa yaxın olduğu bildirir. Futbolçunun özü də Leverkuzen təmsilçisində çıxış etməyə müsbət yanaşır.

