03 İyul 2026
Dünya futbolu

Neymar PSJ-dən ayrılmayacaq

PSJ-nin braziliyalı hücumçusu Neymar bu yay klubu tərk etməyəcək.

İdmanxeber.az “Lequipe” nəşrinə istinadən xəbər verir ki, futbolçu Paris klubunda rahatdır. 25 milyon avro maaş alan ulduz oyunçunun klubdan ayrılmaq niyyəti yoxdur. 

Neymar da mövsümü zədəsiz keçirmək və PSJ ilə Çempionlar Liqasını qazanmaq niyyətindədir.

31 yaşlı braziliyalının PSJ ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. O, 2017-ci ildə “Barselona”dan Paris təmsilçisinə keçib.

2022/23 mövsümündə hücumçu parislilərin heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43