Ölkə futbolu

Nicat Qurbanov azarkeşlərə səsləndi

“Kəpəz”in mövsüm öncəsi heyətinə qatdığı futbolçulardan biri də Nicat Qurbanov oldu. 

İdmanxeber.com-un məlumatına görə, Avropa Liqasının oyunlarında da Gəncə klubuna kömək edən yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının startı öncəsi klub saytına fikirlərini bölüşüb: “Bu çempionat ötənilkilərdən fərqli olacaq. Çünki bizi 8 komandalı yarış gözləyir. Əgər belə demək mümkündürsə, Premyer Liqada artıq zəif komanda yoxdur. Fikrimcə, daha maraqlı çempionat olacaq. Azarkeşlər bir-birindən gərgin oyunlar izləyəcək. “Kəpəz” mənim yeni klubumdur. Komandaya xeyir verməyə çalışacağam. Avropa Liqasına vəsiqə verən yerlər uğrunda mübarizə aparacağıq və bunun üçün əlimdən gələni edəcəyəm. Sizin vasitənizlə azarkeşlərimizə səslənib onları bizə dəstək olmağa çağırıram. Onlarsız oyunlar maraqsız olar. Yaxşı bilirəm ki, Gəncədə matçlara daha çox azarkeş gəlir və bu rəqiblərə çətinlik yaradır. “Kəpəz”in nəticədən asılı olmayaraq komandaya dəstək verən azarkeşləri var. Bu da çox müsbət haldır”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43