Ölkə futbolu

Nizami Hacıyev: “Zaur Axundova görə “Neftçi”dən imtina elədim” – MÜSAHİBƏ

"İnter"in futbolçusu Nizami Hacıyev İdmanxeber.com saytına müsahibə verib.  Hər zaman maraqlı açıqlamaları ilə diqqət çəkən "bankirlər"in kapitanı bu dəfə də ənənəsinə sadiq qalıb.
 

– Nizami, komandada son vəziyyət necədi?

– Futbolçular olaraq rəhbərlilə danışığımız olub, Allaha şükür, hər şey yaxşıya doğru gedir. Səlahət Ağayev və Rauf Əliyev getdi. Fuad Bayramov və mən zədəliyik. İnşallah növbəti oyunda meydanda olacam. Bu səbəbdən heyətlə bağlı müəyyən problemlər ola bilər. 

– Pullarınızı nə vaxt alacağınızla bağlı sizə dəqiq nəsə deyilib?

– Bizdə dedilər ki, hər şey aydınlığa doğru gedir. Komandanın hansı şirkət tərəfindən maliyyələşəcəyi haqda məlumatlandırdıq. Dedilər ki, ən geci ayın 25-nə kimi bütün borclarımızı verəcəklər. Bilirsiz, artıq 3 ildi bu problemdən əziyyət çəkirik. And olsun ki, pulsuz oynamaq mümkün deyil. Özünüz də bilirsiz ki, idmançı olanlar bir yox, bir neçə ailəni dolandırır. Bizi də başa düşmək lazımdı. Rəhbərlik maaşları vaxtı-vaxtı verəndə futbolçudan da ürəklə oynamağı tələb edə bilir. 

– Nə əcəb Rauf və Səlahət kimi komandadan ayrılmadın?

– (düşünür) Açığı, klubumuzun Müşahidə Şurasının sədri Zaur Axundova görə komandada qaldım. Çünki mən o kişiyə söz vermişəm ki, nə bacarıramsa, komandama öz töhvəmi verəcəm. Zaur müəllimlə bir-birimizə söz verib, əl sıxmışıq. Münasibətimiz var. O da öz növbəsində hər şeyin yaxşı olacağını bildirib. Hər halda Zaur Axundov deyibsə, demək bildiyi var. Sizi inandırım ki, mən müqavilə nədi bilmirəm. Müqaviləni qabağıma qoyublar, and olsun ki, içini açıb, oxumamışam. Çünki o dərəcədə səmimiyyyət var. 

– Konkret hansı klubdan təklif almışdın?

– Demək olar ki, artıq "Neftçi"yə transfer olurdum. Lakin son anda bu firkimdən daşındım. Az əvvəl də dediyim kimi, "İnter"də qalmağın daha məqsədəuyğun olduğunu düşündüm. Baxmayaraq ki, pul mənim üçün lazımlı bir şeydi. Mən elə başa düşürəm ki, hər bir idmançıya pul gərəklidi. Rəhbərimiz də mənə "qal oyna" deyirsə. Yəqin ki, o da öz məsuliyyətini bilir. Necə ki, biz futbolçular öz üzərimizə düşən öhtəliyimizi anlayırıq. 

– 8 il şərəfini qoruduğun komandanın adının dəyişdirilərək "Keşlə" qoyulmasını münasibətin necədi?

– Münasibətim çox qeyri-adidi. Sanki başqa bir klubda çıxış edəcəm (gülür) 

 

Hidayət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43