22 İyul 2026
Kateqoriyasız

Paytaxt təmsilçisi bölgə klubundan futbolçu transfer etdi

Birinci Liqanın lideri “Şəfa” daha bir transferi bitirib.

İdmanxeber.az-ın daha öncədən də verdiyi məlumata görə, paytaxt klubu “İmişli”nin futbolçusu İbrahim Əliyevi heyətinə qatıb.

Futbolçu ilə münasibətlər ötən gün rəsmiləşdirilib.

Əliyevlə bağlanan müqavilə 5 aylıqdı.

Hazırda aşağı liqada turnir cədvəlinə başçılıq edən paytaxt təmsilçisi elitaya vəsiqə qazanarsa, onunla kontrakt avtomatik olaraq 1 il uzadılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43