“Roma” yanvar ayında “Tottenhem”in hücumçusu Matis Telin transferi ilə maraqlanır.
İdmanxeber.az xəbər verir ki, Tel bu mövsüm əsas heyətdə özünü təsdiqləyə bilmir və Çempionlar Liqasının siyahısına salınmayıb. O, yalnız 2 qol vurub və son olaraq “Mançester Yunayted”lə oyunda fərqlənib.
“Tottenhem”in futbolçunu icarəyə buraxmaq fikrində olmadığı, yalnız daimi transfer təkliflərini qəbul edəcəyi bildirilir.

