05 İyun 2026
Dünya futbolu

Pep Qvardiola istədi, rəhbərlik hərəkətə keçdi

“Mançester Siti” yay “transfer pəncərəsi”ndə yeni sağ cinah müdafiəçisi almağı planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Pep Qvardiola israrla bu mövqeyə oyunçu axtarır. Artıq rəhbərlik bu istiqamətdə çalışmalara başlayıb.

Klubun yeni idman direktoru Uqo Viana bir neçə namizəd üzərində işləyir. “Şəhərlilər” Avropanın aparıcı klublarında çıxış edən futbolçulara yayda təklif göndərmək niyyətindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43