22 İyun 2026
Ölkə futbolu

PFL-dən “Kəpəz”ə “ok” verildi

Peşəkar Futbol Liqasının rəsmiləri Gəncə şəhər stadionuna baxış keçirib.

İdmanxeber.az-a verilən məlumata görə, qurum nümayəndələri “Kəpəz”in ev oyunlarını doğma meydanda keçirməsinə izin verib. Qazonu yararsız durumda olduğu üçün ötən mövsümün bir hissəsində rəqiblərini Qəbələdə qonaq edən “sarı-göylər” artıq Gəncə şəhər stadionunda çıxış edə biləcək.

Oyunlara buraxılacaq azarkeş sayındakı məhdudiyyət isə davam edir. Bu mövsüm də “Kəpəz”i doğma meydanda maksikum 3 min tamaşaçı dəstəkləyə biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43