Joau Palyinya “Bayer Münhen”nin yanvarda əsas hədəfi olacaq.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı yarımmüdafiəçinin Münhen klubuna keçidi yay transfer pəncərəsinin son günündə baş tutmamışdı.
Almaniya klubunun idman direktoru Kristof Froynd da bu xəbərləri təsdiqləyib:
“Əlbəttə, o hələ də bizim radarımızdadır”.
Palyinya bu mövsüm “Fulhem” formasıyla 12 oyuna çıxıb və 2 qol vurub.

