“Nyukasl”ın hücumçusu Entoni Qordon ilə yollarını ayıra bilər.
İdmanxeber.az-ın məlumatına görə, klub 25 yaşlı futbolçu üçün minimum 86 milyon avro tələb edir. “Sağsağanlar”ın bu transferdən 90-100 milyon avro gəlir əldə etmək istədiyi bildirilir.
Daha əvvəl Qordonla “Liverpul” və “Arsenal” maraqlansa da, əsas namizədin “Bavariya” olduğu qeyd olunur. Yaxın günlərdə futbolçunun nümayəndələri ilə Almaniya klubu arasında danışıqların aparılması gözlənilir.
Cari mövsümdə Qordon bütün turnirlərdə 45 oyunda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
“Transfermarkt” portalına əsasən, futbolçunun bazar dəyəri 60 milyon avrodur.

