28 İyul 2026
Ölkə futbolu

Premyer Liqa klubu yerli futbolçu axtarışına başladı

“İmişli” qış transfer dönəmində heyətini yeni futbolçularla gücləndirmək istəyir.

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik iki-üç mövqeyə futbolçu axtarır. Bunlar yüksək ehtimalla yerli oyunçular olacaq.

Rəhbərlik heyətdəki azərbaycanlı futbolçuların performansını yetərli görmür. Baş məşqçi də komandanın güclənməsini tələb edib.

Rəqabətin artması üçün komandaya Premyer Liqa təcrübəsi olan yerli oyunçular transfer ediləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43