21 İyun 2026
Ölkə futbolu

Premyer Liqa klubunun transferləri son anda baş tutmadı

Transfer çalışmalarını davam etdirən “Kəpəz”də iki futbolçunun komandaya keçidi alınmayıb. Gəncə təmsilçisi yaxın günlərdə heyətini Sloveniyanın “Koper” klubunun qapıçısı Metod Yurxarla gücləndirmək niyyətində idi.

Onunla yanaşı, Qvatemala yığmasının üzvü vinger Oskar Santislə də klub danışıqlara start vermişdi. İki oyunçunun da növbəti mövsüm “sarı-göylər”də çıxış edəcəyi gözlənilirdi. Ancaq transferlər baş tutmayacaq.

Tərəflər arasında son anda fikir ayrılığı yaşanıb. Bu səbəbdən də rəhbərlik yenidən həmin mövqelər üçün oyunçu axtarışına başlayıb.

İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43