Premyer Liqa

Premyer Liqada 32-ci tur: Oyunlara baxmağın yolu

Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tur start götürür.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə baş tutacaq iki qarşılaşmanın biri televiziya vasitəsi ilə canlı yayımlanacaq.

Belə ki, Zaqatalada keçiriləcək “Simurq” – “İnter” oyununu birincilərin klub TV-si oyunu canlı olaraq azarkeşlərə nümayiş etdirəcək.

Saat 20:00-da başlayacaq “Neftçi” – “Sumqayıt” qarşılaşması isə “İdman Azərbaycan” kanalının canlı yayımında olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43