Milli komanda

Prosineçki: “Azərbaycan millisi bundan artığına qadirdir”

“Oyundan razı qaldım. Komanda əlindən gələni etdi. Ancaq bundan yaxşı çıxış edə bilərdik. Azərbaycan millisi bundan artığına qadirdir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki “Avro-2016”nın seçmə mərhələsində  Malta üzərində qələbədən (2:0) sonra  deyib.

Tcrübəli mütəxəssis daha sonra sözlərinə belə davam edib:

“Rəqib beş müdafiəçi ilə oynayır. Mənim öz futbol fəlsəfəm var. Daha yaxşısını mən bilərəm. Namiq Ələsgərovun zədələnməyi planlarımızı pozdu. Ancaq hücum xəttindən razı qaldım.

Sözsüz ki, psixoliji təzyiq var idi. Çünki əvvəlki dörd oyunda komandamız uduzub. Təbii ki, 90 dəqiqə hücum etmək də olmaz. Bəli, səhvlərimiz oldu. Ancaq nəzərə almalıyıq ki, üç futbolçu ilk dəfə idi ki, millidə rəsmi oyuna çıxdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43