20 İyun 2026
Dünya futbolu

PSJ-də ciddi itki – Dembele yenə zədələndi 

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün pley-off mərhələsində “Monako” ilə PSJ  arasında ilk oyun keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, görüşün 26-cı dəqiqəsində PSJ-nin hücumçusu Usman Dembele zədə səbəbindən əvəzlənib. Onun yerinə yarımmüdafiəçi Dezire Due meydana daxil olub.

Cavab oyunu fevralın 25-də Parisdəki “Park de Prens” stadionunda keçiriləcək. Ümumi mərhələnin yekununda “Monako” 10 xalla 21-ci, PSJ isə 14 xalla 11-ci pilləni tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43