PSJ hücumçusu Neymarla müqaviləni ləğv etmək niyyətindədir.
İdmanxeber.az “Sports Zone” nəşrinə istinadən xəbər verir ki, rəhbərlik oyunçunu satmaq və ya icarəyə vermək niyyətindədir.
Digər bir iddiaya görə isə Neymar “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva ilə dəyişdirilə bilər. Daha öncə braziliyalı oyunçunun da Paris təmsilçisindən ayrılmaq istədiyi bildirilmişdi.
Neymar 2017-ci ilin avqustundan PSJ-də çıxış edir. 2022/23 mövsümündə hücumçu komandanın heyətində bütün yarışlarda 29 matçda 18 qol vurub və 17 məhsuldar ötürmə edib.

