17 İyul 2026
Dünya futbolu

PSJ ispaniyalını göndərir

PSJ yarımmüdafiəçi Fabian Ruisi icarəyə verməyə hazırdır.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu komandanın növbəti mövsüm üçün planlarında yer almır. Bu səbəbdən də rəhbərlik onun icarəyə verməyi düşünür.

27 yaşlı yarımmüdafiəçi ötən yay 23 milyon avroya “Napoli”dən PSJ-yə keçib. 2022/23 mövsümündə ispaniyalı komandanın heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə edib.

Ruizin PSJ ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43