“Yuventus” baş məşqçi Massimiliano Alleqrini istefaya göndərmək üzrədir.
İdmanxeber.az-ın məlumatına görə, yaxın vaxtlarda Turin klubu komandaya yeni məşqçi axtarışına başlayacaq. Alleqri 2021-ci ilin mayında “Yuventus”a qayıdıb və 2025-ci ilə qədər müqavilə imzalayıb.
Bundan əvvəl mütəxəssis 2014-19-cu illərdə klubda çalışıb.
2022/23 mövsümündə Turin təmsilçisi 38 matçda 62 xalla İtaliya çempionatında yeddinci yeri tutub.

