07 İyun 2026
Dünya futbolu

PSJ-nin yeni baş məşqçisi bəlli oldu

İspanliyalı mütəxəssis Luis Enrike PSJ-yə rəhbərlik edəcək

İdmanxeber.az-ın məlumatına görə, 53 yaşlı çalışdırıcı ilə yaxın vaxtlarda 2 illik müqavilə imzalayacaq. O,  Kristof Qaltye ilə sözləşməyə xitam verildikdən sonra təqdim olunacaq.

Ötən mövsüm PSJ Fransa çempionatını 85 xalla birinci yerdə tamamlayıb. Bundan əlavə, Qaltyenin rəhbərlik etdiyi komanda Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəlib və burada “Bavariya”ya uduzub (0:1; 0:2).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43