11 İyul 2026
Dünya futbolu

PSJ-nin yeni transfer hədəfi bəlli olub

Fransa klubu yeni transfer planları üzərində işləyir.

İdmanxeber.az xəbər verir ki, Paris klubu “Bavariya”nın fransalı futbolçusu Maykl Oliseni transfer etmək üçün danışıqlara başlayıb.

Məlumata görə, PSJ 23 yaşlı vingerin keçidi üçün Almaniya təmsilçisinə 100 milyon avro təklif etməyə hazırdır.

Qeyd edək ki, Olise bu mövsüm “Bavariya”nın əsas oyunçularından biri sayılır və Fransa millisinin də üzvüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43