21 İyul 2026
Ölkə futbolu

Premyer Liqa klubu nigeriyalıdan gələn bu xəbərə sevindi

Misli Premyer Liqasının VII turu çərçivəsində bu gün Şamaxıda “Karvan-Yevlax” klubunun qonağı olacaq “Sabah” oyuna ciddi itkilərlə çıxacaq. 

İdmanxeber.az-ın məlumatına görə, “bayquşlar”ın heyətində Uld Xalid, Bouan Letiç, Aleksey İsayev və Kupusoviç zədə səbəbindən Yeblax klubu ilə qarşılaşmanı buraxmalı olacaq. Bundan başqa, Cesse Sekidika da zədədən yeni döndüyündən ona bu görüşdə şams veriımə ehtimalı azdı. Lakin nigeriyalı hücumçu demək olar ki, sağalıb. Lakin o, fərdi məşqlərlə kifayətlənməli olub.

Qeyd edək ki, “Karvan-Yevlax” – “Sabah” matçı saat 15:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43