“Barselona”da icarə əsasında çıxış edən Markus Reşford karyerasını PSJ-də davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Paris klubu ingilis vinger üçün 50 milyon avroluq təklif hazırlayıb.
Kataloniyalıların Reşfordu “Mançester Yunayted”dən 35 milyon avroya almaq hüququ var, lakin PSJ bu transferi əngəlləmək istəyir.
28 yaşlı futbolçu bu mövsüm 17 oyunda 6 qol və 9 asistlə yadda qalıb. Müqaviləsi “Mançester Yunayted”lə 2028-ci ilə qədərdir.

