Kateqoriyasız

Putinin “Bakı-2015″in açılışına gələcəyi dəqiqləşdi

Rusiya prezidenti Vladimir Putin iyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.

İdmanxeber.com-un APA-ya istinadən yaydığı xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu ilin iyun ayında prezident Vladimir Putinin Azərbaycana səfəri planlaşdırılır: “Vladimir Putin I Avropa Oyunlarının açılış mərasimində iştirakı edəcək”.

Kremlin mətbuat xidmətindən qeyd olunub ki, Rusiya prezidentinin Azərbaycana səfərinin təfərrüatları barədə ətraflı məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43