05 İyun 2026
Dünya futbolu

Pyer-Emerik Obameyanq Fransa klubuna keçir

Pyer-Emerik Obameyanq karyerasını Fransada davam etdirəcək. O, “Əl-Qadisiyyə” klubu ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib və azad agent statusu alıb.

İdmanxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı hücumçunun xidmətində Səudiyyə Ərəbistanının digər klubu “Əl-İttifaq” maraqlı olsa da, o, Avropaya qayıtmaq qərarına gəlib və əvvəlki klubu “Marsel”i seçib.

Tərəflər artıq iki illik müqavilə barədə razılığa gəliblər. Keçidin yaxın günlərdə rəsmi olaraq təsdiqlənməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43