19 İyun 2026
Ölkə futbolu

Qəbələdə oyun təxirə getdi, “Sabah”dan qələbə – YENİLƏNİB 

Misli Premyer Liqasında 14-cü tur davam edir.

İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda “Qəbələ” “Turan Tovuz”u qəbul edib. Görüş dumanlı hava şəraitinə görə təxirə salınıb.

Günün digər matçında “Neftçi” “Sabah”ın qonağı olub. Görüş “bayquşlar”ın qələbəsilə başa çatıb – 2:0.  Sıralamada “Sabah” 28 xalla 2-ci, “Neftçi” isə 16 xalla 8-ci pillədə qərarlaşır.

Bu turun son 2 görüşü sabah keçiriləcək. 

Misli Premyer Liqası, 14-cü tur

8 dekabr (bazar ertəsi)

17:00. “Qəbələ” – “Turan Tovuz” – 0:0 
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov 
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Qəbələ şəhər stadionu

20:00. “Sabah” – “Neftçi” 2:0

Qol: Akim Zedadka, 58, Coy Lens Mikels, 77
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
“Bank Respublika Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43