“Qəbələ”nin Konfrans Liqası II təsnifat mərhələsindəki rəqibi “Omoniya” yeni transfer edib.
İdmanxeber.az-ın məlumatına görə, Kipr təmsilçisi “Dijon”dan mərkəz müdafiəçisi Senu Kulibalini öz heyətinə qatıb. Son 5 ili Fransa komandasında keçirən Senu millisi Malinin heyətində 3 oyuna çıxıb.
“Omoniya” onunla 2+1 müqavilə imzalayacağını açıqlayıb.

