21 İyun 2026
Dünya futbolu

“Qalatasaray”dan İkardiyə son təklif

“Qalatasaray” Mauro İkardini heyətinə qatmaq niyyətindədi.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu argentinalı ulduza son təklifini verib. “Sarı-qırmızalar” İkardi üçün illik 7,5 milyon avro maaş ödəməyə hazırdı.

Oyunçunun menceri və həyat yoldaşı Vanda Nara yaxın vaxtda “Qalatasaray” rəhbərliyi ilə görüşəcək. İkardinin gələcək karyerası ilə bağlı yekun qərarı bu görüşdən sonra bəlli olacağı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43