Dünya futbolu

“Qalatasaray”ın prezidenti: “Derbinin 7:0 bitməsini istəyirdim”

“Qalatasaray”ın prezidenti Musatafa Cengiz Süperliqanın XI turunda keçirilən “Fənərbaxça” matçı barəsində danışıb. Klub prezidenti qarşılaşmada haqqsızlığa uğradıqlarını bildirib:

“Oyunun 7:0 bitməsini istəyirdim. Bu, 6:0 məğlubiyyətini hər kəsə unutdurardı.Ancaq buna imkan verilmədi. Hakimlər bizə qarşı böyük haqqsızlıq etdilər. Buraxdığımız hər iki qolda kobud hakim səhvi var idi. Nə yazıq ki, oyundan sonra xoşagəlməz hadisələr baş verdi. Bunlar bizə və Türkiyəyə yaraşmayan şeylərdir. Rəqib komandanın iki futbolçusu – Soldado və Jailsonun hərəkətləri hər kəsin səbrini daşırdı” Bizim oyunçuların da səhvləri var idi. Keşkə bu cür şeylər yaşanmasaydı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43