Ölkə futbolu

Qara Qarayev Rəşad Sadıqova dəstək oldu (FOTO)

Qarayev maraqlı paylaşım edib.

İdmanxeber.az-ın məlumatına görə, Qara Qarayev  sosial şəbəkəsində etdiyi paylaşımla Rəşad Sadıqova dəstək olub. O, “Atletiko – “Real” matçında Dieqo Kostanın vurduğu qollara görə, “kral klubu”nun müdafiəçilərinin şəkillərini paylaşaraq “Marselo, Ramos və Varan qocalmısınız, gedin” şərhini yazıb. 

Qeyd edək ki, Rəşad Sadıqov BATE-ilə oyunlardakı səhvlərinə görə azarkeşlərin tənqidi ilə üzləşmişdi.   Rəşadın artıq qocaldığı və futbolçu karyerasını bitirməli olduğunu bildiriblər. Qara isə bu tənqildərə sarkazmla cavab verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43