22 İyul 2026
İdman

“Qarabağ” afrikalı hücumçunu transfer etməkdən imtina etdi

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubu Cənubi Afrika Respublikasının “Maritsburq Yunayted”in futbolçusu Lebohanq Maboeni transferindən imtina edib.

İdmanxeber.com-un məlumatına görə, buna Afrika təmsilçsinin 23 yaşlı hücumçu üçün 500 min avro tələb etməsi səbəb olub. “Qarabağ”la yanaşı, Belçikanın “Ostende” klubu da Maboeni heyətinə qatmaq fikrindən daşınıb.

Bildirilir ki, “Qarabağ” seçimini Çempionlar Liqasında çıxış etmiş hücumçudan yana edib.

Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” hələlik bir hücumçu – Mahir Mədətovu sifariş verib. Ağdam təmsilçisi hazırda forvard axtarışındadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43