Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Qarabağ”la “Araz Naxçıvan” üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, vacib görüş öncəsi iki komandanın heyətində də itkilər var. Naxçıvan klubunda Mustafa Əhmədzadə, Əyyub Allaş, Sezar Meza Kolli və Ramin Nəsirli zədəlidir.
Uzun müddətdir zədədən əziyyət çəkən Bəxtiyar Həsənalızadə ilə Miço Kuzmanoviç isə sıraya dönüblər. Onların bugünkü matçda oynayıb-oynamayacağı hələlik bəlli deyil.
“Qarabağ” da matça itkilərlə çıxacaq. Zədəli Şahruddin Məhəmmədəliyevlə cəzalı Marko Veşoviç bu oyunda iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Qarabağ” – “Araz-Naxçıvan” oyunu aprelin 23-də, saat 17:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandaların ilk görüşündə “Araz-Naxçıvan” 1:0 hesablı qələbə qazanıb.

