Kateqoriyasız

“Qarabağ” – “Dudelanj” matçına nə qədər bilet satılıb?

Avropa Liqasınəın qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Dudelanj” matçına bilet satışı davam edir.

İdmanxeber.az-ın məlumatına görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək görüşə cəmi 5 min bilet satılıb. Qrupdan çıxmaq şanslarını itirən “Qarabağ”ın Lüksemburq təmsilçisi ilə oyununda anşlaq olmayacağı dəqiqdi. Dekabrın 12-də keçiriləcək oyunu təxmini 10-15 min civarında tamaşaçının izləməsi gözlənilir.

Qeyd edək ki, qarşılaşma saat 21:55-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43