22 İyul 2026
Dünya futbolu

“Qarabağ” rəqibi argentinalı ilə müqavilə uzatdı

“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan “Bayer” (Leverkuzen) Ezekiel Palasiosun müqaviləsini uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı argentinalı yarımmüdafiəçinin yeni müqaviləsi 2028-ci ilə qədər olacaq.

Palasios 2020-ci ilin yanvarından “Bayer”də çıxış edir. O, bu mövsüm 7 oyuna 2 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43