15 İyul 2026
Ölkə futbolu

“Qarabağ” Rusiya liqasında ilk “10-luğ”a girə bilməz” – Şahruddin

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiyanın “Championat” nəşrinə müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı qolkiper Rusiya və Azərbaycan Premyer Liqası arasında yetəri qədər maaş fərqinin olduğunu bildirib: 

“Onqat Azərbaycan çempionu büdcəsinə görə Rusiya Premyer Liqasında ilk “10-luğ”a düşə bilməz. Büdcəsi az olan “Sumqayıt” və “Səbail”lə yox, “Qarabağ”la müqayisə aparıram. Rusiyada böyük məvaciblər mövcuddur. Azərbaycan futbolunda isə qat-qat az pul var. Hətta Rusiya Birinci Liqasında “Rubin” və “Arsenal” (Tula) kimi çox ciddi büdcəsi olan klubların adlarını çəkə bilərəm”.

Şəxsi həyatından da danışan Şahruddin gecə klublarına maraq göstərmədiyini bildirib: 

“Komandadakı uşaqlar siqaret çəkirdilər, içə bilirdilər və mən atamdan çox qorxurdum. Başa düşürdüm ki, atam məni Moskvaya göndərib, Dağıstanda işləyir ki, burada inkişaf edim, yetişim. Xalam və dayım da çox köməklik ediblər. İki il onlarla yaşadım, səbirli olduqları üçün təşəkkür edirəm. Sonra valideynlərim Mahaçqaladakı evi satdılar və yaxınlıqda olmaq üçün Moskvada mənzil aldılar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43