Ölkə futbolu

“Qarabağ” – “Samtredia” matçına nə qədər bilet satılıb?

Bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” Gürcüstan “Samtredia”sını qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, oyun üçün bu gün günorta saatlarına kimi 15 min bilet satılıb. Məlumatı klubun rəsmi “facebook” səhifəsi yayıb.

“Qarabağ” – “Samtredia” oyunu bu gün saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43