Topaz Premyer Liqasının I turundan təxirə salınmış “Qarabağ” – “Zirə” görüşünün vaxtı və yeri açıqlanıb
Bu həftə Topaz Premyer Liqasında I turundan təxirə salınan bir qarşılaşma keçiriləcək. Sentyabrın 26-da “Qarabağ” “Zirə”ni qəbul edəcək. “Azersun Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

