05 İyun 2026
Ölkə futbolu

“Qarabağ”a milyon qazandıran heç-heçə – UEFA-dan mükafat

“Qarabağ” UEFA-dan növbəti dəfə pul mükafatı alacaq.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb Ağdam klubunun Çempionlar Liqası IV turunda “Çelsi” ilə heç-heçə etməsi olub.

Qazanılan bir xala görə, Azərbaycan çempionu büdcəsini daha 700 min avro (1 milyon 367 min manat) zənginləşdirəcək.

Xatırladaq ki, təmsilçimiz daha öncə “Benfika” və “Kopenhagen” qələbələrinə görə 4 milyon 200 min avro qazanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43