Kiprin “Aris” klubunun baş məşqçisi Aleksey Şpilevski UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gəlmək istədiyi komandanı açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, belaruslu mütəxəssis Polşa klubunun təmsilçimizə nəzərən daha uyğun rəqib hesab etdiyini bildirib:
“Rakuv” da, “Qarabağ” da çətin komandadır. Bu, çox yaxşı cütlükdür. Ancaq seçim etməli olsam, “Qarabağ”dansa, “Rakuv” gəlsin”.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Rakuv” görüşü saat 20:00-da start götürəcək. Komandalar arasında Polşada gerçəkləşən ilk matçda meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.

