20 İyun 2026
Ölkə futbolu

“Sabah”da SON DURUM: bilet satışları davam edir

UEFA Konfrans Liqası II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – RFŞ oyununa bilet satışları davam edir.

İdmanxeber.az-a verilən məlumata görə, sözügedən matça 4 min bilet satılıb. Satışların hazırda da davam etdiyi bildirilir.

“Bank Respublika Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək. Vacib görüş öncəsi təmilçimizin heyətində zədəli və ya cəzalı futbolçu yoxdur.

Latviyadakı ilk oyunda “Sabah” rəqibini 2:0 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43