06 İyun 2026
Ölkə futbolu

“Qarabağ”ın hücumçusu qərarını verdi – Maraqlanmır

“Qarabağ”ın hücumçusu Nəriman Axundzadə Avropa klublarının maraq dairəsindədir.

İdmanxeber.az-a verilən məlumata görə, gənc forvard mövsümün əvvəlində yaxşı təkliflər alıb. Ancaq Axundzadə bunlarla maraqlanmayıb. O, karyerasını “Qarabağ”da davam etdirmək niyyəyindədir.

Son günlərdə də futbolçuya Avropa klublarından maraq olduğu iddia edilir. Ancaq hələlik Nərimanla bağlı “Qarabağ”a heç bir rəsmi təklif gəlməyib.

Millimizin hücumçusu da Ağdam təmsilçisindən ayrılmaq niyyətində deyil.

O, ən azı yaya qədər Azərbaycanda çıxış etməyə davam edəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43