22 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın istədiyi hücumçu seçimini etdi

“Qarabağ”ın maraq dairəsində olan Franko Kovaçeviç karyerasını Şotlandiyada davam etdirməyə qərar verib.

İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalı hücumçu “Seltik”lə razılıq əldə edib. Qlazqo klubu 26 yaşlı futbolçu üçün Sloveniyanın “Selye” klubuna 2,5 milyon avro ödəyəcək.

Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Kovaçeviçə “Qarabağ”la yanaşı “Ferentsvaroş”, “Levski Sofiya” və “Legiya Varşava” da maraq göstərib. Hücumçu bu mövsüm “Selye”nin heyətində 28 oyunda 25 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43