04 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın rəqibi ulduz futbolçunu transfer edə bilmədi

“Atletik” “Əl-Nəsr”in müdafiəçisi Aymerik Laportun transferinin uğursuz olduğunu açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, FİFA beynəlxalq transfer sertifikatı (CTI) verməkdən imtina edib və bu, futbolçunun qeydiyyatını mümkün etməyib.

Klub bildirib ki, son ana qədər mövcud razılaşmaları reallaşdırmaq üçün yollar axtarır və prosedurlar başa çatdıqdan sonra hərtərəfli izahat verəcək.

Qeyd edək ki, Aymerik Laport “Atletik”in yetirməsi olub və “Mançester Siti”də çıxış edib.

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində oktyabrın 22-də “Atletik”in qonağı olacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43