“Əl-Nəsr”in futbolçusu Sadio Mane karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, “Beşiktaş” seneqallı vingerlə transfer danışıqları aparır.
33 yaşlı futbolçu 3 ilə yaxındır Səudiyyə Ərəbistanında çıxış edir və Avropada transfer pəncərəsinin bağlanmasını nəzərə alaraq İstanbul klubuna keçmək ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Mane 2023-cü ilin yanvarında “Bavariya”dan “Əl-Nəsr”ə transfer olunub. O, bu müddətdə 95 matçda 38 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

