İdman

“Qarabağ”ın yeni transfer hədəfi iranlı Kərim Ansarifard

UEFA Çempionlar Lİqasında qrup mərhələsinə vəsiqə qazanmasından sonra hələ də yeni bir transfer gerçəkləşdirə bilməyən “Qarabağ” hücumçu axtarışını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu “transfer pəncərəsi”nin son günü diqqətini Yunanıstan çempionatına yönəldib. PAOK-un yarımmüdafiəçisi Pedro Enrikeni icarəyə götürməyə hazırlaşan Azərbaycan çempionu “Olimpiakos”un hücumçusu Kərim Ansarifard üçün də qarşı tərəflə danışıqlar aparır. Sonuncu özü də təmsilçimizin formasını geyinməyə razıdı. Buna səbəb Ansarifardın klubunda əsas heyətə düşməkdə çətinlik çəkməsidi. Bundan başqa o, yaxşı çıxış edərək İran millisinin heyətində dəyişilməzlərdən olmaq istəyir. “Qarabağ” Pedro kimi, onu da icarəyə götürmək niyyətindədi.

 “Olimpiakos”a bu ilin yanvarında “Panionios”dan keçən Kərim Ansarifardın klubla müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.bunu uğur sayıram. Üstəlik, Dieqo Kostanın bu komandaya qayıdacağı gözlənilir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43