11 İyul 2026
Ölkə futbolu

Yunis Hüseynov: “Görək möcüzə olacaqmı?”

"Norveç və San Marino yığmaları ilə görüşdə millimizə uğurlar arzu edirəm. Hər birimizin arzusu odu ki, ən yaxşı nəticəni göstərək. Təbii ki, səfər matçında bu bir o qədər də asan olmayacaq".

İdmanxeber.com-a açıqlamasında bu sözləri milli komandamızın sabiq üzvü, yerli mütəxəssis Yunis Hüseynov deyib. 2018-ci il Dünya Çempionatının seçmə mərhələsinin oyunları çərçivəsində sabah səfərdə Norveçlə üz-üzə gələcək, 3 gün sonra isə Bakıda San Marinonu qəbul edəcək yığmamızın oyunlarını dəyərləndirən Hüseynov bunları dedi: "Norveçlə oyun həqiqətən çətin olacaq. Çünki onları Bakıda büdrətmişik, məğlub etmişik. Özüdə yaxşı oyun göstərməmişik. Şanları 80% 20% ev sahiblərinin xeyrinə dəyərləndirirəm. Görək möcüzə olacaqmı? San Marinonu məğlub etməsə, daha deyiləsi söz olmaz ki? Əlbəttə, bu komandanı udmamaq faciə olardı. Mənə elə gəlir, gözlədiyimiz nəticələr olacaq",


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43