İdman

Türkiyə kubokunun oyununda futbolçu ölümdən döndü – FOTO

Dünən Türkiyə kubokunun II turunun oyunu çərçivəsində keçirilən "1461 Trabzon" və "Arsinspor" komandalarının duelində futbolçulardan biri ölümdən dönüb.

İdmanxeber.com-un məlumatına görə, qalib gələn qonaqların futbolçusu Emrah Şahinçiftinin dili qatlanıb. Qarşılaşmanın əlavə vaxtında – 95-ci dəqiqədə rəqib komandanın üzvü Rasimcan ilə hava topuna yüksələn oyunçu yerdə qalıb. İlk olaraq meydanda komanda yoldaşları tərəfindən yaxşılaşdırılmağa çalışan 30 yaşlı futbolçu daha sonra həkimlərin müdaxiləsindən sonra bir qədər özünə gəlib. Qorxunc hadisənin baş verməsinin qarşısını almaq məqsədi ilə Emrah xəstəxanaya çatdırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43