İdman

“Qəbələ” idmançısının 7-ci qələbəsi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb. 

İdmanxeber.com xəbər verir ki, 26 yaşlı idmançımız Rusiyanın Nalçik şəhərində təşkil olunan MMA döyüşlərində uğurla çıxış edib. 

Dünya kubokunun mükafatçısı olan təmsilçimiz Beynəlxalq Qafqaz Çempionatında (International Caucasian Fight Championship) rusiyalı Vaxa Şanxoyevlə qarşılaşıb. 

3 raund davam edən döyüşdə hakimlərin rəyi ilə qalib gələn Əliyev 9-cu sınağında 7-ci qələbəsini əldə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43